Tbilisinin bir neçə rayonunda dekabrın 24-də elektrik enerji təminatı müvəqqəti olaraq, kəsiləcək
Tbilisinin bir neçə rayonunda dekabrın 24-də elektrik enerji təminatı müvəqqəti olaraq, kəsiləcək

Telasi” şirkətinin məlumatına görə, müxtəlif təmir işlərinə görə, dekabrın 24-də, Tbilisinin bir neçə rayonunda elektrik enerji təminatı müvəqqəti olaraq, kəsiləcək.

Qldani rayonu – Avçala yol kəsiyi, Davit Saracişvili prospekti ərazisində, elektrik enerji saat 11:00-dan 13:00-a qədər kəsiləcək.

İsani rayonu – Beri Qabriel Salosi prospektində, Vazisubani məhəlləsində, Varketili massivinin 4-cü mikrorayonunun 3-cü kvartalında və Şandor Petef küçəsində saat 10:00-dan saat 18:00-a qədər elektrik enerji kəsiləcək.

Saburtalo rayonunda – Politkovskaya, Cikia, Topuria və Muxran Maçavariani küçələrində elektrik enerji saat 11:00-dan 16:00-a qədər kəsiləcək.

Nadzaladevi rayonu – Saat 11:00-dan, 15:00-a qədər Zğvisubani məhəlləsində, Temka ərazisində elektrik enerji kəsiləcək.

Vake rayonu – Saat 00:00-dan 03:00-a qədər Kuçişvili, Melikişvili, Nikoladze, Şio Mğvimeli, Kostava, Tumanişvili, Roden, Çiaureli, Şaradze, Tarxnişvili, Maxaradze və Botsvadze küçələrində və həmçinin, Tsknetinin bir hissəsində, elektrik enerji kəsiləcək.

Yaranan diskomforta görə, şirkət əhalidən üzr istəyir.