Tbilisinin Beynəlxalq Hava Limanının gediş zalında oturacaqlar yenilənib
Tbilisinin Beynəlxalq Hava Limanının gediş zalında oturacaqlar yenilənib

 
Tbilisinin Beynəlxalq Hava Limanının gediş zalında oturacaqlar yenilənib-bu barədə “TAV Georgia” məlumat yayır.

“Tamamilə yeni, müasir, Avropa istehsalı olan beynəlxalq standartlara uyğun oturacaqlar sərnişinlərə yola düşməzdən əvvəl rahat dincəlmək imkanı verəcək.

Tbilisi və Batumi beynəlxalq hava limanlarının idarəedici şirkəti olan “TAV Georgia” layihəyə 260 min lari sərmayə qoyub.

Çoxillik təcrübəsi olan Polşa şirkəti tərəfindən istehsal olunan oxşar oturacaqlar dünyanın bir çox ölkələrinin, o cümlədən Böyük Britaniya, İsveçrə, İsveç, Fransa, Yunanıstan, Norveç, Xorvatiya, Litva, Çexiya, Slovakiya, Rumıniya, Serbiya, Polşa, Çin, Hindistan, Səudiyyə Ərəbistanı və s. hava limanlarında yerləşdirilib.

“Tav Georgia” bu il daxili infrastruktur işlərinə və avadanlığın yenilənməsinə 24 milyon laridən çox vəsait xərcləyəcək”- deyə “Tav Georgia”nın məlumatında qeyd olunub.