Tbilisinin Apellyasiya Məhkəməsi Şəhər Məhkəməsinin dırnaq arası həbsxana kadrları məsələsi üzrə Zurab Adeişvili və Davit Chakua barəsində çıxardığı qərarı qüvvədə saxlayıb
Tbilisinin Apellyasiya Məhkəməsi Şəhər Məhkəməsinin dırnaq arası həbsxana kadrları məsələsi üzrə Zurab Adeişvili və Davit Chakua barəsində çıxardığı qərarı qüvvədə saxlayıb

 

Tbilisinin Apellyasiya Məhkəməsi birinci instansiyanın dırnaq arası həbsxana kadrları məsələsi üzrə keçmiş ədliyyə naziri Zurab Adeişvili və Penitensiar, Probasiya və Hüquqi Yardım Məsələləri Nazirliyinin Penitensiar Departamentinin keçmiş sədri Davit Chakua barəsində çıxardığı qərarını dəyişiklik edilmədən qüvvədə saxlayıb. Bu barədə Tbilisi Apellyasiya Məhkəməsinin hakimi Qiorqi Kaşakaşvili qərar çıxarıb.

Birinci instansiyanın qərarı ilə Zurab Adeişvili və Davit Chakua 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar həmçinin 5000-5000 lari məbləğində cərimələniblər.

İkinci instansiyada ittihamçı tərəf daha ağır cəza, müdafiə tərəfi isə məhkumlara bəraət hökmünün çıxarılmasını tələb edirdi.

Müqəssirlər məhkumlara yönəlik alçaldıcı və qeyri-insani rəftarın təşkilində, vəzifə səlahiyyətlərindən sui-istifadədə, cinayət işi üzrə sübutların saxtalaşdırılmasını təşkil etmədə, şahidə təsir etmədə və cinayət təxribatı təşkil etmədə ittiham olunublar.