Tbilisinin 15 küçəsinə Gürcüstanın milli qəhrəmanlarının və 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsində həlak olan döyüşçülərin adı veriləcək
Tbilisinin 15 küçəsinə Gürcüstanın milli qəhrəmanlarının və 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsində həlak olan döyüşçülərin adı veriləcək

 

Tbilisi Sakrebulosunun Adlar və Rəmzlər Komissiyasının iclasında Tbilisinin 15-dək küçəsinə 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsində həlak olmuş gürcü milli qəhrəmanların və döyüşçülərin adlarının verilməsi barədə qərar qəbul edilib.

Tbilisidə, Vake rayonunda Txinvalada yerləşən meydanlardan birinə Gürcüstanın milli qəhrəmanı Qiorqi Antsuxelidzenin adı veriləcək.

Coğrafi obyektlərə adları veriləcək şəxslər arasında 2008-ci ilin müharibəsində öz peşə borcunu yerinə yetirərkən həlak olan Qiqa Çixladze də daxil olmaqla, media sahəsinin nümayəndələri də var.

Sözügedən təşəbbüs Sakrebulonun sabah keçiriləcək iclasında təsdiqlənəcək.