Tbilisimarafon ilə bağlı, paytaxtın bəzi məhəlləsində avtonəqliyyatın hərəkəti saat 14:00-a qədər qadağan olunur
Tbilisimarafon ilə bağlı, paytaxtın bəzi məhəlləsində avtonəqliyyatın hərəkəti saat 14:00-a qədər qadağan olunur

Daxili İşlər Nazirliyi Patrul Polisi Departamenti məlumat yayır ki, cari ilin sentyabrın 30-da, Tbilisimarafon ilə bağlı, paytaxtın bəzi məhəlləsində avtonəqliyyatın hərəkəti saat 14:00-a qədər qadağan olunur.

“Xeyriyyə qaçışı səhər saat 09:00-da başlayır. Marafon paytaxtın mərkəzi küçələrində iki dairə ilə keçiriləcək.

Qeyd olunan tədbir ilə bağlı avtonəqliyyat vasitəsinin hərəkəti qadağan olunur: Krsanisi meydanında, Tbilisi konsert salonu (filarmoniya) ərazisi, Tamar Mepe və  David Ağmaşenebeli küçələrinin kəsişməsi, Azadlıq meydanı ərazisi”, – DİN-də bəyan edirlər.