Tbilisidən Avropa istiqamətinə uçuşların tezliyi artır
Tbilisidən Avropa istiqamətinə uçuşların tezliyi artır

2019-ciu ilin yay navigasiya mövsumu ərzində, “Georgian Airways” aviaşirkəti Avropa istiqamətinə uçuşların tezliyini artıracaq.

Mülki Aviasiya Agentliyinin məlumatına görə, uşuçların sayının artırılması Tbilisi – Amsterdam – Tbilisi, Tbilisi – Vyana – Tbilisi, Tbilisi – Boloniya – Tbilisi, Tbilisi – Barselona – Tbilisi, Tbilisi – Brussel – Tbilisi və Tbilisi – Praqa – Tbilisi reyslərinə aid olacaq.

Reyslər hər bir istiqamətdə həftədə üş dəfə yerinə yetiriləcək. Keçən ilin analoji dövründə reyslər həftədə iki dəfə yerinə yetirilirdi.

Bundan başqa “Georgian Airways” aviaşirkəti Batumidən Moskva istiqamətinə uçuşlarını bərpa edəcək və 7 iyundan 26 oktyabra qədər həftədə bir dəfə, cümə günləri yerinə yetirəcək.

Uçuşlar Boeing B737, Embraer E190 və E195 tipli təyyarələrlə həyata keçiriləcək.