Tbilisidəki mitinqə qatılmaq üçün Vahid Milli Hərəkat tərəfdarları bölgələrdən də gəlirlər

11:59, 21.12.2021

Vahid Milli Hərəkat tərəfdarları bu gün Tbilisidə təşkil olunan mitinqdə iştirak etmək üçün Acarıstan və Quriyanı tərk ediblər. Onlar Şekvetilidəki Black Sea Arenasında toplaşıblar. Onların əsas tələbi keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılmasıdır.

“Bu gün yubileyi olan Mixeil Saakaşviliyə azadlıq. Onu bu gün münasibəti ilə təbrik edirəm. Təəssüf ki, həyatında ilk dəfə yubileyini həbsxanada qarşılayır. Biz bu gün planlaşdırılan mitinqə gedirik, həmrəylik əlaməti olaraq qoşuluruq və Mixeil Saakaşvilinin azad edilməsini tələb edirik.

Razılaşırıq ki, Mişanın həbsinə “Gürcü arzusu” və Rusiyadan başqa heç kim sevinmir. Mişa bu ölkənin inkişafı və yenidən qurulmasının önündə olmalıdır. Tezliklə həbsxanadan çıxacaq. Hava şəraiti bizə bir az mane oldu, amma bu o demək deyil ki, Acarıstan bölgəsindən çox insan gəlməyəcək.Təxminən 2000 nəfər Acarıstandan çıxır, – Vahid Milli Hərəkatın üzvü Bondo Tedoradze dedi.

Oxşar