Tbilisidə “Yeni il kəndi”nin açılışına hazırlaşırlar.
Aprelin 9-da Tbilisi meriyasının təşkilatçılığı ilə Orbeliani meydanında, həmçinin Quru Körpü ərazisində və Dedaena bağında “Yeni il kəndi” açılacaq.
“Yeni il kəndi” bütün yaş kateqoriyalarına uyğun olacaq və yanvarın 14-dək hər gün müxtəlif əyləncə tədbirləri keçirəcək.
Yeni İl Kəndində müxtəlif yeni il bəzəkləri, instalyasiyalar, sintetik buz meydançası, açıq səma altında kinoteatr, nəhəng nağıl kitabı və nağılçı, Yeni il bazarı, yemək məntəqələri, şirniyyat festivalı, uşaq attraksionları, bəzədilmiş Milad ağacı.
Gün ərzində Yeni il kəndində balacalar üçün nəhəng Şaxta babanın yürüşü və uşaq əyləncə şou-konsertləri, axşam isə böyüklər üçün estrada artistlərinin, musiqi kollektivlərinin çıxışları və elektron musiqilər təqdim olunacaq.
Yeni il kəndi yanvarın 14-də böyük musiqi şousu ilə bağlanacaq.