Tbilisidə “Yeni il kəndi” açılıb
Tbilisidə “Yeni il kəndi” açılıb

Tbilisi meriyasının təşkil etdiyi “Yeni il kəndi” Orbeliani meydanında, 9 aprel bağında, həmçinin Quru Körpü və Dedaena bağının ərazisində açılıb.

Təntənəli mərasim Dedaena bağında keçirilib.

“Yeni il kəndi” bütün yaş kateqoriyaları üçün nəzərdə tutulub və yanvarın 14-dək hər gün müxtəlif əyləncə tədbirləri keçirəcək.

Yeni il kəndində müxtəlif yeni il bəzəkləri, qurğular, sintetik buz meydançası, açıq səma altında kinoteatr, nəhəng nağıl kitabı və nağılçı, Yeni il bazarı, yemək məntəqələri, şirniyyat festivalı, uşaq attraksionları, bəzədilmiş Milad ağacı var.

Gün ərzində Yeni il kəndində balacalar üçün nəhəng Şaxta babanın yürüşü və uşaq əyləncə şou-konsertləri, axşam isə böyüklər üçün estrada artistlərinin, musiqi kollektivlərinin çıxışları və elektron musiqilər təqdim olunacaq.

Yeni il kəndi yanvarın 14-də böyük musiqi şousu ilə bağlanacaq.