Tbilisidə “Yeni il kəndi” açılıb
Tbilisidə “Yeni il kəndi” açılıb

Tbilisidə “Yeni il kəndi” açılıb.

Meriyadan verilən məlumata görə, “Yeni il kəndi”ndə tədbirlər yanvarın 7-dək davam edəcək.

“Tiflislilərin və paytaxtın qonaqlarının “Yeni il kəndi”nə baş çəkmək imkanı var, burada müxtəlif əyləncəli tədbirlər keçiriləcək.

Ana bağında və Ədliyyə evinin dayanacağına yaxın ərazidə yerləşən “Yeni il kəndi”ndə sahibkarlıq və qastronomiya marketləri, “Tbilisi Milad bazarı” sərgi-satış, uşaq mövzulu məkanlar, Şaxta baba evi və emalatxanası, əyləncə parkı, buz konkisi meydança, tematik bəzəklər və qurğular təşkil edilir.

Orbeliani meydanına gəlincə, sözügedən ərazidə yerləşən “Yeni il kəndi”nə gələnləri qastronomiya bazarı, “Tbilisi Milad bazarı”, Yeni il qatarı, tematik bəzəklər və instalyasiyalar, şirniyyat festivalı qarşılayacaq.

“Yeni il kəndi” hər gün keçiriləcək: nağıl qəhrəmanlarının yürüşü, uşaq konsertləri, axşam konsertləri, açıq kinoteatr, teatr tamaşaları və uşaq əyləncələri.

“Yeni il kəndi”ndə tədbirlər yanvarın 7-dək davam edəcək”, – meriyanın məlumatında qeyd olunur.