Tbilisidə yaşayan sosial cəhətdən həssas pensionerlər 500 lari dəyərində dərman vauçerindən istifadə edəcəklər
Tbilisidə yaşayan sosial cəhətdən həssas pensionerlər 500 lari dəyərində dərman vauçerindən istifadə edəcəklər

Tbilisi hökumətinin iclasında paytaxt meri Kaxa Kaladze qeyd etdi ki, Tbilisidə yaşayan sosial cəhətdən həssas pensionerlər 500 larilik vauçerdən faydalanacaqlar.

Kaxa Kaladzenin qeyd etdiyi kimi, təqaüdçülər bu vauçerdən ailə həkimi tərəfindən təyin olunan müxtəlif dərmanlar almaq üçün istifadə edə biləcəklər.

“Tbilisidə yaşayan sosial cəhətdən həssas pensionerlərə bir yenilik təklif etmək istərdim, bunlar ən çətin vəziyyətdə olan, dəstəyə ehtiyacı olan insanlardır. Komanda tətbiq etməyə başladığımız yeni bir proqramı təqdim etdi. Bu vauçer ilə onlar vacib olanı satın ala biləcəklər. Bu proqramın həyata keçirilməsi Tbilisi büdcəsinə 20 milyon lariyə başa gələcək. Proqramdan 40 min sosial həssas təqaüdçü faydalanacaq və bu çox vacibdir ”, – Kaxa Kaladze bildirib.