Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları Tbilisidə 2004-cü il təvəllüdlü G.B.-nı həbs yaxaladılar.
Nazirlikdən verilən məlumata görə, cinayət 9 ildən 13 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edildi ki, cari il iyulun 7-də təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində soyuq silahla iki nəfərə xəsarət yetirdi.
Hüquqmühafizəçilərin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs isti izlərlə yaxalandı.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 117-ci maddəsinin üçüncü hissəsi ilə aparılır”, – məlumatda deyilir.