Tbilisidə yanvarın 1-i və 7-də ictimai nəqliyyat saat 03:00-dək sərnişinlərə pulsuz xidmət göstərəcək
Tbilisidə yanvarın 1-i və 7-də ictimai nəqliyyat saat 03:00-dək sərnişinlərə pulsuz xidmət göstərəcək-bu barədə Tbilisi meri Kaxa Kaladze açıqlayıb.
Kaxa Kaladze paytaxt hökumətinin iclasında Tbilisi sakinlərinə Milad və Yeni il bayramları ilə əlaqədar məlumat verib.
“İctimai nəqliyyat, metro, avtobus, mikroavtobus və Riğe-Nariğalanı birləşdirən kanat yolu həm Yeni il, həm də Milad gecəsi, yanvarın 1-i və 7-si saat 03:00-dək sərnişinlərə xidmət göstərəcək. Uzadılmış saatlarda, əlbəttə ki, səyahət pulsuz olacaq, bu da alqışlanasıdır. Bütün insanlara təşəkkür etmək istərdim, bu, Yeni ilin bu önəmli saatlarında işləməyə davam edəcək və şəhərimizin sakinlərinə xidmət edəcək Tbilisi Nəqliyyat Şirkətinin əməkdaşlarına aiddir”- deyə Kaxa Kaladze açıqlayıb.