Tbilisidə Ukrayna və Gürcüstanın himnləri ilə açılışı edilmiş “Ukraynaya şöhrət” VI beynəlxalq konfransı keçirilir.
Konfransa Beynəlxalq Liderlik üzrə Makkeyn İnstitutu, Corc Buş İnstitutu və İqtisadi Siyasət Araşdırmaları Mərkəzi ev sahibliyi edir.
Konfransda regional təhlükəsizlik ekspertləri, gürcü siyasətçilər, mülki fəallar , biznes nümayəndələri iştirak edirlər. Konfransın məqsədi Gürcüstanın dünyada və transatlantik gündəmdə prioritet yerini qorumaq, demokratik tərəqqi və Avro-Atlantik istəkləri təşviq etməkdir.
Rusiyanın Ukraynaya hücumu və Qərbin reaksiyası; hərbi təcavüzün geosiyasi nəticələri; bölgədə iğtişaşlar; Müharibənin Avropanın gələcəyinə təsiri; Gürcüstan hara gedir? Rusiyanın növbəti addımları-təşkilatçılar diskusiyyada yuxarıda sadalanan məsələlərin müzakirə olunacağını bildiriblər.
NDİ-ın Gürcüstandakı ofisinin keçmiş rəhbəri Laura Tornton konfransdan əvvəl tədbirin Gürcüstanda keçirilməsinin vacib olduğunu bildirib.
O bildirib ki , bütün ölkələr Ukraynaya demokratiyanı qorumaq üçün lazım olan cəsarət modeli kimi baxmalıdırlar.
“Bu konfransın Gürcüstanda keçirilməsi çox vacibdir. Bu, ukraynalıların göstərdiyi şücaətə, indi öz demokratiyası uğrunda mübarizə aparan ukraynalılara dair xatırlatmadır. Düşünürəm ki, biz hamımız, o cümlədən mənim ölkəm də onlardan ruhlanmalı və Ukraynaya demokratiyanı müdafiə etmək üçün lazım olan cəsarət modeli kimi baxmalıyıq. Bu konfransın Gürcüstanda keçirilməsindən şadam, çünki bu, Gürcüstanda da çağırışdır” -deyə Laura Tornton bildirib.