Rusiya tərəfindən törədilən kütləvi hücum fonunda Gürcüstan parlamentinin binası yaxınlığında Ukraynaya dəstək aksiyası keçirilib.
Aksiyanın təşkilatçıları Gürcüstanda yaşayan, bu gün öz ölkələrində baş verən hadisələrə, ağır vəziyyətə reaksiya verən Ukrayna vətəndaşlarıdır.
Aksiyaya Gürcüstanın müxalifət partiyalarının nümayəndələri də qoşulublar. Onlar ümumi düşməni məğlub etmək üçün bu gün Ukraynanın daha çox dəstəyə ehtiyacının olduğunu bildiriblər. Nümayişçilərin bir hissəsi Mixeil Saakaşvilini dəstəkləyən pankartlarla Rustaveli prospektinə gəliblər. Onlar məhkum olunmuş keçmiş prezidentin azadlığa buraxılmasını tələb ediblər.