Tbilisidə Ukraynanın Müstəqillik Gününə həsr olunmuş aksiya keçirilib
Tbilisidə Ukraynaya dəstək aksiyası təşkil olunub. “Güzəştə getməyəcəyik, qalib gələcəyik” – vətəndaşlar Ukraynanın Müstəqillik Günü münasibətilə bu şüarla Respublika meydanından parlamentin qarşısına yürüş təşkil edərək əraziyə toplaşıblar.
Aksiya Gürcüstana gələn ukraynalıların təşəbbüsü ilə keçirilib. Ukraynanın Müstəqillik Gününə həsr olunmuş həmrəylik aksiyasında müxtəlif siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Ukrayna və Gürcüstan vətəndaşları iştirak ediblər.
Aksiya iştirakçıları ukraynalıların azadlıq uğrunda mübarizəsinin nümunəvi olduğunu bildiriblər.