Tbilisidə tikinti obyektlərinin birində baş verən qəza nəticəsində bir nəfər ölüb

15:32, 09.11.2024

Hadisə Tbilisinin Ortaçala qəsəbəsində baş verib.

Mövcud məlumata görə, tikinti sahəsində yük maşını yolun hərəkət hissəsindən aşıb, nəticədə bir nəfər ölüb.

Daxili İşlər Nazirliyindən Kanal 1-ə verilən məlumata görə, hadisə ilə bağlı 276-cı (yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma) maddəsi ilə istintaq başlayıb.

Oxşar