Tbilisidə "Spar" mağazasının qrup soyğunu faktı ilə bağlı üç nəfər həbs edildi
Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo baş idarəsinin əməkdaşları keçirdikləri operativ-axtarış əməliyyatı nəticəsində, mağazanın qrup soyğunu faktı ilə bağlı üç nəfəri: 2001 təvəllüdlü G.Ç, 1998-ci il təvəllüdlü O.Q və 2000-ci il təvəllüdlü D.S-yı həbs etdi.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 179-cu maddəsinin ikinsi hissəsinin, “B” alt maddəsi ilə aparılır.
Qeyd olunan cinayət altıdan doqquz ilə qədər həbs cəzasını nəzərdə tutur.