Tbilisidə sentyabrın 1-dən bank kartlarına səyahət abunəçiliyini yükləmək mümkün olacaq
Tbilisidə sentyabrın 1-dən bank kartlarına səyahət abunəçiliyini yükləmək mümkün olacaq

 

Tbilisidə sentyabrın 1-dən bank kartlarına səyahət abunəçiliyini yükləmək mümkün olacaq- bu barədə Tbilisi meri Kaxa Kaladze sosial şəbəkədə videomüraciətində bildirib.

O, hazırda yalnız iki bank, “TBS” və “Gürcüstan Bankı” ilə razılaşmanın əldə olunduğunu bildirib.

“İctimaiyyətə abunəçiliyi bank kartları ilə əlaqələndirməyin mümkün olacağı barədə söz vermişik. Həm “TBS Bank”, həm də “Gürcüstan Bankı” ilə razılıq əldə olunub və sentyabrın 1-dən bu layihəni həyata keçirmək mümkün olacaq. Müddətli səyahət abunəçiliyi bank kartınıza qoşulu olacaq. Ayrıca abunəçilik almağa ehtiyac qalmayacaq, abunəçiliyi artıq almış olanlar, etibarlılıq müddəti başa çatandan sonra növbəti alışı birbaşa bank kartına qoşmaqla həyata keçirə bilərlər”- deyə Kaxa Kaladze bildirib.