Noyabrın 22-23-də Tbilisinin bəzi yerlərində qar yağışı gözlənilir.
Bu barədə məlumatı Ətraf Mühitin Milli Agentliyi yayır.
“Noyabrın 21-23-də Şərgi Gürcüstanda soyuq, buludlu və qarlı hava gözlənilir. Qərbi Gürcüstanda isə, sadəcə bu gün yağış yağacaq.
Hava temperaturu gündüz saatlarında +12, +17 dərəcə olacaq.
Şərgi Gürcüstanda +1, +6 dərəcə qeydə alınır.
Tbilisidə noyabrın 21-də soyuq, buludlu və yağışlı hava olacaq, noyabrın 22-23-də şəhərin bəzi bölqələrində qar yağışı gözlənilir.
Hava dərəcəsi gecə saatlarında 0, +2, gündüz isə, +2, +4 dərəcə olacaq – deyilir agentlikdə.
Noyabrın 24-25-də qar yağmayacaq, ancaq hava dərəcəsi -1, -3 dərəcə olacaq.