Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidməti Puşkin meydanının bərpasını başa çatdırıb. Bu barədə paytaxt meri Kaxa Kaladze Tbilisi munisipalitetinin hökumət iclasında açıqlayıb.
O, görülən işlər çərçivəsində piyada səkilərinin yeniləndiyini, yeni park inventarları yerləşdirildiyini, çöl işıqlandırma sisteminin bərpa edildiyini, videomüşahidə sistemi quraşdırıldığını bildirib.
“Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidməti Puşkin meydanının bərpasını başa çatdırıb. Meydanın infrastrukturu faktiki olaraq məhv edilmişdi və ağır vəziyyətlə qarşı-qarşıyaydıq. Görülən işlər çərçivəsində piyada səkiləri yenilənib, yeni park avadanlığı yerləşdirilib, çöl işıqlandırma sistemi bərpa edilib, videomüşahidə sistemi quraşdırılıb. Yaşıllaşdırma üçün lazım olan bütün tədbirlər həyata keçirilib. Sözügedən mühit tam abadlaşdırılıb. Təmizləmə və yuyulma işləri qalıb, önümüzdəki iki gündə tamamlanacaq” – deyə Kaxa Kaladze açıqlayıb.
Puşkin meydanının bərpası işlərinin dəyəri 1 milyon 400 min laridir.