Tbilisidə, Orbeliani və Purtseladze küçələrinin kəsişməsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Vaxtanq Orbeliani və Anton Purtseladze küçələrinin kəsişməsində, Orbeliani küçəsi N29/36 həndəvərində aparılan planlı işlərlə əlaqədar olaraq, nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq, – bu barədə məlumatı Tbilisi Meriyası yayır.
“Məhdudiyyət martın 25-i saat 08:00-dan 27-si saat 08:00-dək Orbeliani küçəsindən Mtkvari küçəsi istiqamətində hərəkətə aid olacaq. Aparılan işlər zamanı sürücülər Orbeliani küçəsindən Rena Abjandadze küçəsi və Kür Çayının sağ sahili istiqamətində hərəkət edə biləcəklər, sonra isə, yollarını Barataşvili və Atoneli küçələri ilə davam etdirə biləcəklər”, – Meriyada bəyan edirlər.