Tbilisidə məktəblərin və yol kəsişmələrinin yanında patrul ekipajları duracaq
Tbilisidə məktəblərin və yol kəsişmələrinin yanında patrul ekipajları duracaq

“Daxili İşlər Naziri Giorgi Qaxarianın bəyanatına görə, patrul ekipajları ən böyük yol trafiki olan məktəblərin yanında nöbətdə duracaqlar. Həmçinin, patrul ekipajları bütün yol kəsişmələrinin yanında da duracaqlar. Onların məqsədləri əhaliyə və sürücülərə yardım etməkdir” – bu barədə məlumatı daxili İşlər Naziri Giorgi Qaxaria paytaxtın meri Kaxa Kaladze ilə görüş zamanı verdi.

Qaxarianın dediyinə görə, meriya və Daxili İşlər Nazirliyi bir-biri ilə yüksək koordinasiyada olmalıdırlar.

“Müzakirə etdiyimiz əsas mövzulardan biri Tbilisinin yol trafiki idi. Distribusiya maşınlarının gecə saatlarında hərəkət etmələrini də müzakirə etdik. Düşünürəm ki, paytaxtda yol trafikini qaydaya salmaq mümkündür” – dedi Daxili İşlər Naziri.