Tbilisidə Mağaşvili küçəsinin bir hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Kabel kanallarının birləşdirilməsi ilə əlaqədar avqustun 26-27-də saat 00:00-dan 06:00-dək Kote Mağaşvili küçəsinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Konkret olaraq, məhdudiyyət Mağaşvili dalanında Barnovi və Mağaşvili küçələrinin kəsişməsinə qədər olan yolu əhatə edəcək.
Bu müddət ərzində avtomobillər Barnovi küçəsindən Mağaşvili, Mixeil Zandukeli, Erekle Tatişvili küçələri, Petre Melikişvili prospekti və Kakabadze qardaşları küçələrindən istifadə etməklə, Mağaşvili küçəsindən isə Anastasiya Eristav-Xostariya, İvane Kereselidze və Barnovi küçələri ilə hərəkət edə biləcəklər.
İşlər Tbilisi meriyasının İnfrastrukturun İnkişafı üzrə Şəhər Xidmətinin sifarişi ilə həyata keçirilir.
Məlumatı Tbilisi Meriyası yayır.