Tbilisidə, Laquna Vere ərazisində qətl baş verdi.
Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bildirdiklərinə görə, iki nəfət qətlə yetirilib.
İdarədən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 236 və 109-cu maddələrlə qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə və ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddələri ilə istintaq aparılır.
Mövcud məlumatla qətldən əvvəl ağızlaşma baş vermişdir. Bununla yanaşı, yayılan məlumata görə, yaralananlar da var.