Tbilisidə külli miqdarda narkotik vasitənin əldə edilməsi-saxlanılması ittihamı ilə bir nəfər saxlanılıb [Video]
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Dzveli Tbilisi Baş Bölməsinin əməkdaşları , həyata keçirilmiş axtarış və istintaq tədbirləri nəticəsində , əvvəllər məhkum olunmuş və hazırda şərti cəza müddəti olan 1981 -ci il təvəllüdlü şəxsi M.P-ni saxlayıblar. O, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və saxlanılmasında ittiham olunur. Cinayət 8 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
“Polis, saxlanılan şəxsin üzərinə və yaşayış evinə baxış zamanı 164 qram narkotik vasitə və 83 qram amfetamin tərkibli narkotik ələ keçirib” -deyə Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.
Gürcüstan Cinayət Məcəlləsinin 260 -cı maddəsinin 3 -cü hissəsinin “d” və “e” bəndləri, eləcə də eyni maddənin 6 -cı hissəsinin “a” bəndinə əsasən istintaq davam edir ki, bu da keçmişdə bu maddə ilə nəzərdə tutulmuş cinayəti işləyənlərin təkrar qanunsuz olaraq külli miqdarda narkotik maddəni ələ keçirməsini və saxlamasını nəzərdə tutur.