Tbilisidə xəsarət yetirmə faktı üzrə polis bir nəfəri yaxaladı
Tbilisidə xəsarət yetirmə faktı üzrə polis bir nəfəri yaxaladı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində iki və ya daha çox şəxsi öldürməyə cəhd faktı üzrə Tbilisidə, əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü R.M.-nı yaxaladılar. İdarədən verilən məlumata görə, istintaqla müəyyən edildi ki, təqsirləndirilən şəxs cari il iyunun 24-də, ağızlaşma zəmnində, soyuq silahla 1996-cı il təvəllüdlü G.V.-ya, 1991-ci il təvəllüdlü T.B.-ya, 1987-ci il təvəllüdlü E.Ç.-ya soyuq silahla xəsarət yetirdi və hadisə yerindən qaçıb gizləndi.

““Hüquqmühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs isti izlə yaxalandı.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin iki və daha çox şəxsi öldürməyə cəhd edən 19-109-cu maddəsinin “l” bəndi ilə aparılır.

Cinayət 16 ildən 20 ilədək azadlıqdan məhrume tməni nəzərdə tutur”, – DİN-in məlumatında deyilir.