Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, 2004-cü il təvəllüdlü T.N.-ni qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlayıblar.
“İstintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin oktyabrın 1-də Tbilisidə, Nadzaladevi rayonunda, Zestaponi küçəsində qarşılıqlı mübahisə zəminində 1991-ci il təvəllüdlü L.Ç.-yə soyuq silahla xəsarət yetirərək, hadisə yerindən qaçaraq gizlənib. Xəsarət alan şəxsə müvafiq tibbi yardım göstərilib. Onun həyatı təhlükədə deyil.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində T.N.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar” -deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Qəsdən sağlamlığa ağır zərər vurma faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci hissəsi ilə aparılır. Cinayət dörd ildən yeddi ilədək həbs cəzasını nəzərdə tutur.