Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz marşı keçirilir
Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən iştirakçılar etiraz marşı keçirirlər.
Yürüş müxtəlif müxalifət partiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən təşkil olunur.
Marşın iştirakçıları əvvəlcə “300 Araqveli” metrostansiyasının yaxınlığında, Marcanişvili meydanının, Respublika meydanı və “Expo Georgia”nın yaxınlığında toplaşdılar, daha sonra yürüşlə Avropa meydanına doğru gedirlər.
Marşda müxtəlif müxalifət partiyalarının liderləri iştirak edir. Marşın iştirakçıları bəyan edirlər ki, hakimiyyət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürənə qədər etiraz aksiyası dayanmayacaq.