Tbilisidə keçmiş həyat yoldaşının qəsdən qətlə yetirilməsi faktı üzrə bir nəfər saxlanılıb
Tbilisidə keçmiş həyat yoldaşının qəsdən qətlə yetirilməsi faktı üzrə bir nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları 1992-ci il təvəllüdlü N.L.-ni ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

Nazirlikdən verilən məlumatda cinayətin 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutduğu deyilir.

“İstintaqla təqsirləndirilən şəxsin öz avtomobilində, qarşılıqlı mübahisə zəminində keçmiş həyat yoldaşı – 1996-cı il təvəllüdlü M.M.-ni iplə boğduğu müəyyən edilib.

Təqsirləndirilən şəxs cinayəti ört-basdır etmək üçün ertəsi gün meyiti kirayələdiyi avtomobilin yük yerinə qoyub, Qldani həbsxanasının ərazisinə gedərək onu dərəyə atıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdikləri istintaq hərəkətləri nəticəsində təqsirləndirilən N.L. hadisədən sonra tezliklə saxlanılıb.

Ailə üzvünə qarşı törədilmiş qəsdən adam öldürmə faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə istintaq aparılır” -deyə məlumatda qeyd olunub.