Tbilisidə Jvania meydanında aparılan işlər səbəbilə ictimai nəqliyyat müvəqqəti olaraq digər yerlərdə dayanacaq
Tbilisidə Jvania meydanında aparılan işlər səbəbilə ictimai nəqliyyat müvəqqəti olaraq digər yerlərdə dayanacaq

 

Zurab Jvania meydanında aparılan yenidənqurma işləri səbəbilə ictimai nəqliyyatın dayanacaqlarının yeri müvəqqəti olaraq dəyişdirilib.

Tbilisi Meriyası tərəfindən verilmiş məlumata əsasən, Pekin prospektindən Zurab Jvania meydanı istiqamətində gedən nəqliyyat Pekin prospekti ilə Kandelaki küçəsinin kəsişməsində, Jiuli Şartava küçəsindən Jvania meydanı istiqamətində gedən ictimai nəqliyyat isə Simon Kandelaki küçəsi N5-də, Jvania meydanının kəsişməsinədək dayanacaq.

“Yuri Qaqarin küçəsindən Zurab Jvania meydanı istiqamətində hərəkət edən ictimai nəqliyyata gəlincə, onların dayanacağı yer dəyişməz olaraq qalır. Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir!”-deyə Tbilisi Meriyasının məlumatında qeyd olunub.