Tbilisidəki İran Səfirliyi Gürcüstanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərdi
Tbilisidəki İran Səfirliyi Gürcüstanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərdi.
İran Agentliyi İRNA yazır ki, yayılan məlumata görə, Tbilisi-İsfahan reysində, Tbilisi Hava limanının Təhlükəsizlik Xidməti bir neçə qadın yolçudan hicablarını açmalarını tələb edib.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Kasemi bəyan etdi ki, İran səfiri yayılan məlumatın yoxlanılması üçün Gürcüstana gedən yolçulara zəng etdikdən sonra, Gürcüstanın Xarici İşlər Nazirliyinə və Hava limanının təhlükəsizlik xidmətinə etiraz notası göndərdi.
Bununla yanaşı, İranın Xarici İşlər Nazirliyinin Konsulluq Departamenti, Tehrandaki Gürcüstan səfirliyinə etiraz notası göndərdi və səfirdən açıqlamalar tələb etdi.
“İran Gürcüstana müraciət edir ki, bənzər insindentlərin təkrarlanmasına imkan verilməsin, hava limanının təhlükəsizlik xidmətinə isə, müraciət etdi ki, müsəlman qadınlarının ləyaqətinə hörmət etsinlər” – deyilir İRNA-nın yaydığı məlumatda.