Tbilisidə ilk elektrik avtobusu bir ay ərzində test rejimində hərəkət edəcək
Tbilisidə ilk elektrik avtobusu bir ay ərzində test rejimində hərəkət edəcək.
Bu gün paytaxtın meri, Kaxa Kaladze elektrik avtobusu ilə gəzdi.
Kaxa Kaladzenin bəyan etdiyinə görə, qeyd olunan avtobus tüstüsü olmayan, tamamilə elektik, təhlükəsiz və ekoloji cəhətdən təmizdiz. Üç saat ərzində şarj edildikdən sonra, avtobus 250 km hərəkət edir. Şarj qurğusu Tbilisi Nəqliyyat Şirkətinin avtopoarkında quraşdırılıb.
“İnkişaf etmiş ölkələr 2023-cü ildən elektrik avtobuslarına keçməyi planlaşdırırlar. Ümumiyyətlə bu istiqamət getdikcə müasir aləmdə dolğunlaşır və biz də istisna olmayacağıq. Paytaxta elektrik avtobusları olacaq. Həmçinin avtobus zavodlarının inşası məsəsləi üzrə işləyirik. Bunun nəqədər mümkün olması barəsində gələcəkdə məlumat verəcəyik”, – Kaladze bəyan etdi.
Elektrik avtobusu bir ay ərzində müxtəlif istiqamətlərlə hərəkət edəcək və Tbilisi Nəqliyyat Şirkəti elektrik enerjisinin xərclənməsi prossesini müşahidə edəcək.