Tbilisidə ictimai nəqliyyatla birdəfəlik səyahət bir lariyə başa gələcək
Tbilisidə ictimai nəqliyyatla birdəfəlik səyahət bir lariyə başa gələcək. İndiyədək ictimai nəqliyyatda gediş haqqı 50 tetri idi.
Meriyadan Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, bir neçə ödəniş paketi yaradılıb, sərnişinlər ödəniş sistemindən istədiklərini seçə biləcəklər.
“Birdəfəlik səyahət zamanı tarif 1 lari olacaq və bu tariflə sərnişin 90 dəqiqə ərzində universitet kanatından, metro, avtobus, mikroavtobus və ya kanat yolu ilə istifadə edə bilər. Eyni zamanda, bir neçə kateqoriyadan olan istehlakçılar pulsuz və güzəştli səyahətdən faydalanacaqlar: sosial cəhətdən həssas qruplar, tələbələr, şagirdlər, müəllimlər, və s.”, – Meriyadan bildiriblər.
Bundan əlavə, fevralın 1-dən ictimai nəqliyyatda limitsiz səyahət sistemi fəaliyyətə başlayacaq. Fevralın 1-dək metro, avtobus və mikroavtobus istifadəçiləri abonementi əldə etmək imkanı əldə edəcəklər.