Tbilisidə "Hilton" mehmanxanasını tikintisinə başlanır
Tbilisidə "Hilton" mehmanxanasını tikintisinə başlanır

Tbilisidə, Kostava 59-da beş ulduzlu “Hilton” mehmanxanasının tikintisinin təməli qoyuldu.

Mehmanxana İtaliyalı memar, Hiero Lisonun dizaynı ilə tikiləcək.

“Hilton” mehmanxanası 2020-ci ildə başa çatdırılmalıdır və 200 otağa hesablanıb, yerində açıq restoran, hovuz, SPA salon və 1000 kvmetrlik konfrans salonu nəzərdə tutulub.

Tikinti işlərini “Qranat İnvestment” yerinə yetirir. Layihənin dəyəri 45 milyon avrodur. Gələcəkdə burada 300 insan işlə təmin olunmalıdır.

Layihənin təqdimatında gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və paytaxt meri Kaxa Kaladze iştirak edirdilər.