Tbilisidə Gürcüstanın konsulluq vəzifəsində olan şəxslərin koordinasiya iclası keçirilir
Tbilisidə Gürcüstanın konsulluq vəzifəsində olan şəxslərin koordinasiya iclası keçirilir

 
Gürcüstan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Tbilisidə Gürcüstanın konsulluq vəzifəsində olan şəxslərin koordinasiya iclası keçirilir.

Koordinasiya iclası çərçivəsində iştirakçılar konsulluq fəaliyyəti ilə bağlı bütün mühüm məsələləri, o cümlədən: konsulluq xidmətlərinin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, qanunvericilik çərçivəsinin, müasir texnologiyaların , böhran vəziyyətlərində vətəndaşlara effektiv köməklik məsələlərini müzakirə edirlər.

Həmçinin, Avropaya inteqrasiya baxımından mövcud yeniliklər və Gürcüstana namizəd statusunun verilməsi kontekstində qanunvericilik və sistematik xarakterli dəyişikliklərə diqqət yetirilir. Gürcüstan vətəndaşları üçün vizasız səyahət imkanlarının artırılması perspektivləri, şəxsi məlumatların mühafizəsi, dairəvi əmək miqrasiyası, nazirliyin konsulluq istiqamətində atdığı addımlar və gələcəkdə planlaşdırılan tədbirlər müzakirə olunur.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.