Tbilisidə güclü küləklə bağlı Fövqəladə Hallar Xidmətinə bir neçə bildiriş daxil olub
Tbilisidə güclü küləklə bağlı Fövqəladə Hallar Xidmətinə bir neçə bildiriş daxil olub

 
Fövqəladə Halların İdarəedilməsi Xidmətindən Gürcüstanın Birinci Kanalına Tbilisidə güclü küləklə bağlı bir neçə bildirişin daxil olduğunu bildiriblər.

Hadisələrdən biri güclü külək nəticəsində ağacın uçduğu Mickeviçi küçəsində qeydə alınıb.

Fövqəladə Hallar Xidmətindən açıqlandığı üzrə, daxil olan bildirişlər əsasən ağacların zərər görməsi ilə bağlı olub, nəticədə xəsarət alan olmayıb.