Tbilisidə qəzalı vəziyyətdə olan binaların dəyişdirilməsi proqramı çərçivəsində növbəti layihə Davit Qamrekeli küçəsində həyata keçiriləcək
Qəzalı vəziyyətdə olan binaların dəyişdirilməsi proqramı çərçivəsində, üçüncü layihə Saburtalo rayonunda, Davit Qamrekeli küçəsində həyata keçiriləcək-bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında açıqlama verib.
O, dövlət satınalmasının artıq həyata keçirildiyini və MMC “Georgianhouse”-un qalib şirkət olduğunu bildirib.
“Çoxmənzilli yaşayış evinin konseptual dizayn-layihə və ətraflı mühəndis-layihə-mühasibat uçot sənədlərinin hazırlanması məqsədilə dövlət satınalması həyata keçirildi. Yekun layihəni gözləyirik. Sonra icazə veriləcək. Sözügedən layihəni başa çatdırmaq üçün təxminən iki il vaxt lazımdır” – deyə Kaxa Kaladze açıqlayıb.
Paytaxt meri yaşayış binasının hazırkı vəziyyətini əks etdirən foto-materialı ictimaiyyətə təqdim edib.
“Layihə çərçivəsində 3-cü dərəcəli qəzalı vəziyyətdə olan 4 mərtəbəli yaşayış evi söküləcək. Qeyd olunan ünvanda 17 ailə yaşayır. Onlara yeni, təmirli yaşayış sahələri veriləcək. Təəssüf ki, paytaxtda belə bina-tikililərimiz çoxdur. Bu layihə ilə biz onları əvəz edə biləcəyik, lakin qeyd olunan prosesdə dəstəyiniz vacibdir. Danışıqların pozulduğu hallar var, çünki onlar malik olduqlarından daha çox sahə tələb edirlər” -deyə Kaxa Kaladze açıqlayıb.