Tbilisidə, Avlabaridə gənc oğlan öldürülüb.
Bu barədə məlumatı Birinci Kanalı üçün Gürcüstanın Daxili İşlər Nazirliyi təsdiqləyib.
Qurumdan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan 108 və 236-cı maddələri ilə istintaq başlanılıb.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.
Müəllif -
Mehemmed Bayramaliyev