Tbilisidə ər arvadına xəsarət yetirib, bundan sonra özünə də xəsarət yetirib. Mövcud məlumata görə, onların hər ikisi klinikaya aparılsa da, qadın aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Kişi həkimlərin nəzarəti altında qalır. Sağaldıqdan sonra həbsxanaya aparılacaq.
Daxili İşlər Nazirliyindən açıqlandığı üzrə, faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə istintaq başladılıb.