Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Z.T.-nı qəsdən adam öldürmə ittihamı ilə, Tbilisidə həbs etdilər.
“İstintaqla müəyyən edildi ki, təqsirləndirilən şəxs sərxoş vəziyyətdə, qarşılıqlı mübahisə zəminində tanışı – 1957-ci il təvəllüdlü D.Ş.-nın bədəninə soyuq silahla xəsarətlər yetirdi, hansı da yerindəcə dünyasını dəyişdi. Z.T. izlərini gizlətmək üçün mərhumun meyitini hadisə yerindən uzaqlaşdıraraq küçələrdən birinə qoydu”, – DİN-in bəyanatında deyilir.
Hüquqmühafizəçilər həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən şəxsi hadisədən tezliklə yaxaladılar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır. Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.