Tbilisidə qadınların yürüşü keçirilir
Tbilisidə qadınların yürüşü keçirilir

Tbilisidə qadınların yürüşü davam edir. Yürüş iştirakçıları əvvəlcə Azadlıq meydanına toplaşıblar, indi isə Bidzina İvanişvilinin iqamətgahına doğru gedirlər.

Yürüş iştirakçılarının çamadanları var və Bidzina İvanişvilinin Gürcüstan siyasətindən getməli olduğunu bildirir, eyni zamanda mühacirət problemindən danışırlar.

Yürüşdə müxalifət partiyalarının qadın liderləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Onların fikrincə, seçkilər saxtalaşdırılıb və indi ən əsası müqavimət göstərmək, hay-küy salmaqdır.