Gürcüstan Prezidentinin təşəbbüsü ilə Tbilisidə qadınların ikinci beynəlxalq konfransı keçirilir.
Gürcüstan Prezidenti Salome Zurabişvili konfransı salamlama nitqi ilə açıb.
“Dəyərli beynəlxalq dostlarımız, konfransa gəldiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Tbilisidə keçirilən ikinci beynəlxalq konfransda iştirak etdiklərinə görə gürcü tərəfdaşlar və dostları salamlamaq və onlara təşəkkür etmək istəyirəm.
Bu, sülh, təhlükəsizlik, münaqişə, qadınların vəziyyətini yüngülləşdirmək və yaxşılaşdırmaq üçün edilə biləcək hər şeyə həsr olunmuş konfransdır. Qadınlar müharibədən birbaşa təsirlənir. Mən bu günü ölkənin bir ildən artıqdır bombardman edildiyi Ukrayna qadınlarına həsr etmək istərdim. Gələn il Tbilisidə keçiriləcək Beynəlxalq Qadınlar Konfransında biz bütün dünyada sülhü yenidən və ya yeni təşəbbüslərlə necə qurmaq barədə danışacağıq”- Salome Zurabişvili bildirib.
Konfransda Avropa Şurasının baş katibi Maria Peyçinoviç Buriç, Avropa Parlamentinin vitse-prezidenti Nikola Bear, Nobel Sülh Mükafatı laureatları Uided Buşamau, doktor Rut Miçel iştirak edirlər.