Tbilisidə evsizlik statusu olan 450 ailəyə artıq yaşayış sahəsi verilib
Tbilisidə evsizlik statusu olan 450 ailəyə artıq yaşayış sahəsi verilib

Bu gün üçün Tbilisidə 1 150-yə yaxın ailəyə evsizlik statusu verilib, onlardan 450 ailə artıq təmin olunub və onlara istifadə hüququ ilə yaşayış sahəsi verilib – bu barədə paytaxt meri Kakha Kaladze Tbilisi bələdiyyə hökumətinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, qalan ailələrin sosial yaşayış sahəsi ilə təmin olunması mərhələli şəkildə həyata keçirilir.

“2021-ci ildə bizim seçki vədimiz o idi ki, bu statusa malik bütün ailələrə mərhələli şəkildə kömək edəcəyik. İlk mərhələdə bu statusa malik 400 ailənin bələdiyyə yaşayış sahəsi ilə təmin olunması vədi yerinə yetirilib. Bu gün üçün Tbilisidə 1 150-yə yaxın ailəyə evsizlik statusu verilib, onlardan 450 ailə artıq təmin olunub”, – deyə Kakha Kaladze bildirib.

Onun izahına görə, evsizlik statusu almaq üçün Tbilisidə qeydiyyatda olan ailə müraciəti həm meriyaya, həm də rayon administrasiyalarına edə bilər.

“Ailə evsizlik statusunu müvafiq kriteriyalara uyğun gəldiyi halda alır. Müxtəlif qurumların nümayəndələrindən ibarət meriyanın komissiyası ailə üzvləri haqqında 12-dən çox dövlət və özəl, o cümlədən maliyyə qurumlarından əldə olunan məlumatlara əsaslanır. Sosial yaşayış sahəsi alma növbəsində olan ailələrlə meriya nümayəndələri əlaqə saxlayır və onlarla müqavilə bağlanır”, – deyə Kakha Kaladze qeyd edib.