Tbilisidə etiraz yürüşü keçirilir. Mitinq iştirakçıları Azadlıq meydanına və Analar bağına toplaşıblar.
Etiraz yürüşü iştirakçılarının sözlərinə görə, onların tələbi “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı keçirilən aksiyalar zamanı həbs olunanların dərhal azadlığa buraxılmasıdır.
Onların sözlərinə görə, yürüş Daxili İşlər Nazirliyində başa çatacaq.