Tbilisidə etiraz aksiyası-yürüş
Tbilisidə etiraz aksiyası-yürüş

Etirazın 18-ci günü. Paytaxt küçələrində etiraz yürüşləri təşkil olunur. Filarmoniyanın konsert zalına qeyri-hökumət təşkilatlarının müşahidəçiləri toplaşıb. Onlar Rustaveli prospektinə yürüş edərək qanunverici orqanda planlaşdırılan növbəti etiraz aksiyasına qoşulublar. Etirazçılar yeni seçkilərin keçirilməsini tələb edir və 2024-cü il parlament seçkilərinin saxtalaşdırıldığını, gürcü xalqının bu gün qeyri-legitim hökumətə malik olduğunu iddia edirlər.