Tbilisi meri, Kaxa Kaladze paytaxtın əhalisinə yeni, 40 ədəd “Isuzu” markalı avtobuslarını təqdim etdi. Səkkiz metrlik avro altı standartlı avtobuslar, 23 yanvardan bir neçə günlük intervalla səkkiz martşruta bölüşdürüləcək.
Yeni avtobuslar qarşıdakı marşrutlara xidmət göstərəcəklər:
N17 – Keçid körpüsü – Muxianinin dördüncü mikrorayonu
N27 – Stansiya Meydanı – Vaşlijvari qəsəbəsi
N40 – Varketili təsərrüfatı – İsani
N45 – “Axmeteli Teatri” m/s – Sopeli Qldani
N60 – Keçid körpüsü – “Ğrmağele” m/s
N62 – Stansiya Meydanı – “Zğvis Ubani” qəsəbəsi
N73 – “Axmeteli Teatrı” m/s – Qldanula
N99 – “Delisi” m/s – Nutsubidzenin dördüncü mikrorayonu
Yaxın gələcəkdə Tbilisidə daha 40 ədəd “Isuzu” markalı avtobus əlavə olunacaq.