Tbilisidə, Dolidze küçəsində 42 yaşlı kişini qətlə yetirdilər.
Birinci Kanalın jurnalistinin məlumatına görə, kişiyə yaşayış evinin yaxınlığında maşından enərkən bir neçə güllə atdılar. Kişi yerində vəfat etdi.
Həlak olanın qonşularının dediyinə görə, atəşə qədər mübahisə səsini eşitməyiblər. Elə onların bəyan etdiyinə görə, 42 yaşlı kişinin tikinti biznesi var idi.
Hadisə yerində patrul polisi və ekspert-kriminalistlər işləyirdilər. İstintaq aparılır.