Tbilisidə, Çavçavadze prospektində avtomobil hərəkəti 15 sentyabr üçün bərpa olunacaq
Tbilisidə, Çavçavadze prospektində avtomobil ilə hərəkət 15 sentyabr üçün mümkün olacaq, – bu barədə Tbilisi meri, Kaxa Kaladze sosial şəbəkəsində yayılan videomüraciətində bəyan etdi.
Onun dediyinə görə, reabilitasiya işlərinin birinci mərhələsi tamamilə başa çatdırılıbdır.
“Nəzərimdə yeraltı kommunikasiyaları tuturam, bu kanalizasiya şəbəkəsinin, yeni su borularının qurulmasıdır. Bu gündən işlərin ikinci mərhələsi başlayır. Yol infrastrukturu quraşdırılacaq və səhmana salınacaqdır. Çox gözəl layihə alınır, Çavçavadze prospekti radikal olaraq fərqli olacaq. Universitetin birinci korpusundan “Pixel” binasına qədər avtomobil ilə hərəkət 15 sentyabr üçün mümkün olacaq”, – Kaxa Kaladze bəyan etdi.