Tbilisidə, bu gün qətl hadisəsinin baş verdiyi Joneti küçəsində istintaq hərəkətləri davam etdirilir
Tbilisidə, bu gün qətl hadisəsinin baş verdiyi Joneti küçəsində istintaq hərəkətləri davam etdirilir.
58 yaşlı həyat yoldaşını qəsdən qətlə yetirmək ittihamı ilə 65 yaşlı kişi saxlanılıb. İlkin məlumata görə, qətl hadisəsi qarşılıqlı mübahisə zəminində baş verib.
İlkin məlumata əsasən, mərhuma küt əşya ilə xəsarət yetirilib. Cinayətin törədildiyi silah çəkicdir.
Hadisə zamanı evdə ər və arvaddan başqa onların övladı da olub. Qonşulardan biri, səhər saatlarında mərhum qadını övladı ilə birlikdə kənddən qayıdarkən gördüyünü deyib. İki saatdan sonra o, polisdən qonşusu olan qadının qətlə yetirildiyini eşidib. Qonşular təqsirləndirilən şəxsin evindən səs-küy eşitmədiklərini bildiriblər. Onlar ər-arvad arasında münaqişənin olmasına dair heç vaxt heç nə eşitmədiklərini qeyd ediblər.
Qətlə yetirilən qadın heç vaxt polisə müraciət etməyib, saxlanılan şəxs barəsində iltizam çıxarılmayıb .
Qətlə yetirilən qadının cənazəsi Milli Ekspertiza Bürosuna aparılıb. Təqsirləndirilən şəxs hadisə yerində saxlanılıb.
Qonşular təqsirləndirilən şəxsin aqressiv biri olmadığını deyirlər. O, Eliava bazarında işləyirmiş və avtomobil hissələri satırmış.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Cinayət Məcəlləsinin ailə üzvünün qəsdən qətlə yetirilməsini nəzərdə tutan 11-ci Prima 109-cu maddəsinin “k” alt bəndi ilə istintaq aparılır.